Görmə qabiliyyəti məhdud şəxslər üçün “Könül işığı” adlı brayl jurnalın ilk nömrəsi 2014-cü ilin mart ayının 14-də işıq üzü görüb. Jurnalın nəşrində əsas məqsəd görmə qabiliyyəti məhdud olan şəxsləri günü-gündən yeniləşən muxtar respublikamızın dinamik inkişafı barədə məlumatlandırmaq, xalqımızın tarixini, milli dəyərlərini təbliğ etməklə onların bu sahədə biliklərini artırmaq, habelə məhdud fiziki imkanlı şəxslərə göstərilən yüksək dövlət qayğısının mənzərəsini əks etdirməkdir.
“Könül işığı” jurnalı ayda bir dəfə oxucuların görüşünə gələcək və onlara pulsuz çatdırılacaq. Eyni zamanda jurnalının audio versiyası hazırlanıb audio kitabxana xidmətinin kataloquna daxil edilir.