MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

16 may 2004-cü il il tarixdən fəaliyyətə başlayan Naxçıvan Əlillərin Bərpa Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin fizioterapevtik vasitələrlə reabilitasiyasını həyata keçirən müalicə müəssisəsidir.

İxtisaslı həkim və tibb personalının fəaliyyət göstərdiyi 20 çarpayılıq Mərkəzdə müayinə və prosedur otaqları mövcuddur:

Müayinə otaqlarına - fizioterapevtik müayinə, USM-lə müayinə, nevropatoloq otağı, laboratoriya aiddir.

Mərkəzdə elektrik və işıqla müalicə kabinələri, o cümlədən ultrasəslə massaj, qısa dalğa diotermiya, mikrodalğa, infraqırmızı, elektrostimulyasiya, habelə hidroterapiya kabinələri (müxtəlif tipli duşlar, müalicəvi vannalar), parafin applikasiyası üçün xüsusi otaq, fərdi massaj otaqları və idman zalı vardır.

Mərkəzdə xəstələr stasionar və ambulator müalicə alırlar. Stasionar müalicə alanlar gündə 3 dəfə pulsuz isti yeməklə təmin edilirlər.