Naxçıvan Muxtar Respublikasıda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların istedad və bacarıqlarının nümayiş etdirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycanda ilk dəfə olaraq 2011-ci ildən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu təşkil edilmişdir.
„İnam“ musiqi qrupu əlamətdar günlərdə, xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə keçirilən tədbirlərdə, həmçinin hərbi hissələrdə mütəmadi olaraq əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxış edirlər.