MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Əmək terapiyası otağı  yaradılıb. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırma, plastilin  işi, rəsm, quraşdırma və sair növləri sağlamlıq imkanları məhdud  uşaqlarda  əmək qabiliyyətinin inkişafı, həmçinin fiziki və əqli cəhətdən məhdudiyyəti olan uşaqlarda onların fiziki məhdudiyyətinin qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətlərinin inkişafı üçün  əsas vasitədir. Əmək terapiya otağı  uşaqların əmək terapiyasını həyata keçirmələri üçün lazımi vəsaitlə təhciz olunub.