MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2002 ci il 8 iyul tarixli 103 №li qərarı ilə II dünya müharibəsi iştirakçılarına protez – ortopediya məmulatları, əlillərə (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil olan şəxslər istisna olmaqla), fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşlara əlil arabası, eşitmə aparatı, müxtəlif cür əsalar, dayaq vasitələri və protez -ortopediya məmulatları dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir.        

Eşitmə aparatları hər bir şəxsə bir komplekt olmaqla  surdoloqun tibbi rəyi əsasında üç il müddətinə verilir.  

Əlil arabaları  tibbi-sosial ekspert komissyalarının qərarı əsasında üç il müddətinə verilir.