MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli, 433 saylı Qərarı ilə Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını Erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslər növbədənkənar, 1990-cı ildə Bakı şəhərində və Respublikanın yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslər, 1941-1945-ci il müharibəsi əlilləri və onlara bərabər tutulanlar isə ümumi növbə ilə pulsuz xüsusi avtonəqliyyatla təmin olunurlar.

Əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti müəyyən edilmədən birdəfəlik verilir.

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası, onların sosial təminatı dövlətin daim diqqət mərkəzindədir.

Müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslər qanunamüvafiq olaraq tibbi-sosial ekspert komissiyasında avtomobil təyin edildikdən sonra növbəlilik əsasında pulsuz avtomobillə təmin edilirlər. Bugünədək muxtar respublikada dövlət tərəfindən bu məqsədlə sağlamlıq imkanları məhdud 460 nəfərə pulsuz minik avtomobili verilmişdir.