MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

4 noyabr 2013-cü il tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Defektoloji bölmə yaradılmışdır. Defektoloji bölmənin təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni və nitq inkişafının ləngiməsi olan uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə adaptasiyasını təmin etməkdir. Bölmənin təlim otağı elektron lövhə və digər tədris ləvazimatları ilə təmin edilmişdir.