MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

24 sentyabr 2018-ci il tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Musiqi terapiyası otağı yaradılmışdır. Musiqi terapiyasının təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni, əqli və psixi inkişafının ləngiməsi olan uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə adaptasiyasını təmin etməkdir. Musiqi terapiyasını ixtisaslı mütəxəssis tədris edir. Musiqi terapiyası otağı müasir tələblər çərçivəsində zəruri avadanlıqlar, metodiki vəsaitlər və musiqi alətləri ilə təmin edilmişdir.