MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikasında əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə yaşayış binaları inşa edilir, həmçinin onların yaşadığı kəndlərdə fərdi yaşayış evləri tikilir. Dövlətimiz tərəfindən bugünədək növbəlilik əsasında müvafiq kateqoriyadan olan 211 ailə mənzillə təmin olunmuşdur.