MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 01 oktyabr 2014-cü il tarixdə hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisə­ləri­nə gedə bilməyən uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Burada mərkəzi server və çevirici avadanlıqlar quraşdırılmış, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqları, həmçinin distant tədrisə cəlb olunmuş uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır. Distant Tədris Mərkəzinə eyni vaxtda 150 istifadəçinin qoşulması mümkündür