MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

15 sentyabr 2017-ci il tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin Şərur və Ordubad rayon filialları fəaliyyətə başlamışdır. Defektoloji bölmənin filiallarının təşkilində əsas məqsəd muxtar respublikanın uzaq rayonlarında yaşayan, zehni və nitq inkişafının ləngiməsi olan uşaqların reabilitasiyasına nail olmaqla onların cəmiyyətə adaptasiyasını təmin etməkdir. Bölmənin təlim otağı elektron lövhə və digər zəruri tədris ləvazimatları ilə təmin edilmişdir.