MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 25 aprel 2016-cı il tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Psixoloji Dəstək Xidməti yaradılmışdır. Xidmətin təşkilində əsas məqsəd ailə və uşaqlar üçün psixoloji məsləhət xidməti göstərməkdir. Mərkəzə müraciət edən sağlamlıq imkanları məhdud uşaqlarla ilk öncə xidmətin psixoloqu fərdi qaydada konsultasiya işi aparır və müayinədən sonra sağlamlıq imkanları məhdud uşağı reabilitasiyanın növünə uyğun müvafiq bölməyə yönləndirir. Psixoloji dəstək xidməti bütün zəruri avadanlıqlar və tədris vəsaitləri ilə təmin edilmişdir.