Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 25 aprel 2016-cı il tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təlim-bərpa otağı yaradılmışdır. Təlim-bərpa otağının təşkilində əsas məqsəd hiperaktiv və diqqət zəifliyi olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını təmin etməkdir. Bu kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün təlim-bərpa otağı Play Attention aparatı və lazımi tədris vəsaitləri ilə təmin edilmişdir.