MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Sensor otaq müxtəlif psixo-nevroloji poblemləri, autizm, adaptasiya pozğunluğu, həmçinin uşaq beyin serebral iflicinin bütün formaları, hərəkət məhdudiyyətliyi, görmə, eşitmə, nitq qüsurları kimi problemləri olan uşaqlar üçün nəzərdə tutulub. Sensor otağında reabilitasiya seansları sağlamlıq imkanları məhdud uşaqların psixoemosinal vəziyyətinin yaxşılaşmasına, onların narahatlıq və aqressiyasının azalmasına, qorxu və sinir gərginliyinin aradan götürülməsinə, onların normal yuxularının bərpa edilməsinə, həmçinin psixoloq və uşaq arasında ünsiyyətin yaradılmasına köməklik edir.