Xidmət 03 aprel 2013-cü il tarixdə istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında yaşayan bütün görmə qabiliyyəti məhdud şəxslər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra 258 xidmət xəttinə zəng etməklə gün ərzində saat 9:00-dan 18:00-dək operator, 18:00-dan sonra isə avtomat rejimdə audiokitabları dinləyə bilərlər. Dinləyicilərin müraciətinə əsasən Mərkəzin audiostudiyası vasitəsilə yeni səsli kitablar hazırlanaraq xidmətə daxil edilir.