MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muхtаr rеspublikаmızdа sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə intеqrаsiyаsı, sаğlаmlıqlаrının möhkəmləndirilməsi sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Bu kateqoriyadan olanlar arasında idmanın kütləviliyinə nail olmaq üçün 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası yaradılıb. Federasiyasının təşkilatçılığı ilə idmanın müxtəlif növləri üzrə mütəmadi olaraq yarışlar keçirilir. Paralimpiyaçılar ölkə miqyaslı və  beynəlxalq yarışlarda uğurla iştirak edir, mükafatlara layiq görülürlər. Naxçıvan Muxtar Respublikasından bir paralimpiyaçının XIV London Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə bürünc medal qazanması muxtar respublikada idmana göstərilən qayğının məntiqi nəticəsidir.