1998–ci ildən fəaliyyət göstərən Protez–Ortopedik Bərpa Mərkəzinin Naxçıvan Bölməsi muxtar respublikada dayaq hərəkət sisteminin funksiyasını itirmiş əlillərin reabilitasiyası və protezləşməsi ilə məşğul olan sosial yönümlü tibb müəssisəsidir. Bölmədə əlillərə xidmət ambulator şəkildə həyata keçirilir . Burada yuxarı və aşağı ətraf protezləri, müxtəlif növdə ortezlər, gecə şinaları, skolyoz, lordoz və kifoz xəstələri üçün korsetlər və digər ortopedik vasitələr hazırlanır. Bölmədə xarici ölkələrdə kurslar kecmiş yüksək səviyyəli mütəxəssislər çalışır. Naxçivan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ilə birgə muxtar respublikada yaşayan, protez-ortopediya və texniki reabilitasiya vasitələrinə ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərə rübdə bir dəfə olmaqla yerlərdə səyyari xidmət təşkil edilir.