MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət „İnam“ musiqi qrupu hərbçilər qarşısında növbəti konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 29-da „İnam“ musiqi qrupu  „Zabitlər evi“ndə  əsgər və zabitlərimiz qarşısında konsert veriblər. Qrupun ifa etdiyi musiqilər hərbçilər tərəfindən alqışlarla qarşılanıb.

Hərbiçilər onlara mənəvi güc verən musiqi kollektivinin üzvlərinə  minnətdarlqlarını bildiriblər.