Son illər muxtar respublikamızda görmə məhdudiyyəti olan şəxslərin reabilitasiyası və sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əsaslı zəmin yaradıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görmə qabiliyyəti məhdud şəxslərin iştirakı ilə tədbirlər təşkil edilir.
Noyabrın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində növbəti tədbir- görmə məhdudiyyəti olan şəxslər arasında brayl yazı müsabiqəsi keçirilib. Müsabiqədə bu kateqoriyadan olan 8 nəfər iştirak edib.
Əsas məqsəd bu kateqoriyadan olan şəxslərə qayğının artırılması, onların bacarıq və qabiliyyətini üzə çıxarmaqla, özlərinə inam hissi yaratmaqdır.
Sonda münsiflər heyətinin rəyinə əsasən ilk üç yerə layiq görülən müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.