Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari ilin oktyabr ayı ərzində fiziki imkanları məhdud şəxslər tərəfindən toxunan 1809 cüt yun corab „N“ saylı hərbi hissəyə təhvil verilib. 5 noyabr tarixində 1157 cüt yun corabın hərbi hissəyə təhvil verilməsi ilə əlaqədar növbəti tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək qeyd edib ki, bu günə kimi fiziki imkanları məhdud 24 şəxs tərəfindən toxunan 2966 cüt yun corab hərbi hissələrə təhvil verilib. Cari ilin sonunadək daha 1034 cüt yun corab toxunması nəzərdə tutulub. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da xidmət edir.
„N“ saylı hərbi hissənin zabiti, komandanlıq adından minnətdarlığını bildirib.
Sonda yun corablar əsgərlərə təhvil verilib.
Məlumat üçün qeyd edək ki, hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi, cari ilıin 5 avqust tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu istiqamətində verilmiş tapşırığın icrası ilə əlaqədar olaraq həyata keçirilir.