Naxçıvan Muxtar Respublikasdı Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş „2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı“nın icrası uğurla davam etdirilir. Dövlər Proqramının sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması bəndinin icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq sentyabrın 16-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində növbəti kinect və intellektual kompytuter oyunları üzrə yarış təşkil edilib.
Yarışda sağlamlıq imkanları məhdud 14 uşaq iştirak edib. Sağlamlıq imkanları məhdud uşaqlar üç mərhələdə yarışıblar.
İlk mərhələdə yarış iştirakçıları „tennis“ kinect oyunu, ikinci mərhələdə xüsusi kompyuter proqramı əsasında hazırlanan test suallarının cavablandırılması, üçüncü mərhələdə isə “rəqəmləri tap“ kompyuter oyunu üzrə qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, bu qəbildən olan tədbirlər uşaqların bilik və intelektual səviyyələrinin yüksəlməsinə xidmət edir.
Sonda hər mərhələnin qalibinə hədiyyə, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.