MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizm sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.

      Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropotoloq-psixoterapevti Rəfayil Orucov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova autizm sindromlu uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıb.

      Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

      Tədbirin təşkil edilməsində əsas məqsəd valideynlərə autizm uşaqlarla evdə davranış, təlim-tərbiyənin təşkili və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət  xidmətinin göstərilməsidir.