Sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində mənalı istirahətlərini təmin etmək məqsədilə tədbirlər təşkil olunur.
İyunun 10-da bu istiqamətdə növbəti tədbir – sağlamlıq imkanları məhdud uşaqlar arasında xalq mahnıları üzrə karaoke müsabiqəsi keçirilib. Müsabiqədə sağlamlıq imkanları məhdud 40 uşaq iştirak edib. Hər bir uşaq seçdiyi xalq mahnısını ifa etməklə öz bacarığını nümayiş etdirib.
Sonda müsabiqənin qaliblərinə Fəxri fərmanlar təqdim edilib.