MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahəti davam edir.

Bu kateqoriyadan olan uşaqların istirahətinin mənalı keçməsini təmin etmək məqsədilə iyunun 7-də sağlamlıq imkanları məhdud uşaqların təbiət gəzintisi təşkil edilib. Bu tədbir uşaqların təbiət haqqında biliklərinin zənginləşməsinə xidmət edir.