MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahəti davam edir.

47 uşağın istirahətinin mənalı keçməsini təmin etmək məqsədilə tərtib olunmuş plana uyğun olaraq
tədbirlər davam etdirilir. Bu istiqamətdə iyunun 5-də “Çərpələng” yarışı keçirilib. Qaliblərə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin fəxri fərmanları verilib.

Dünən mərkəzdə daha bir tədbir reallaşdırılıb. Belə ki, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib.