Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbisosial reabilitasiyalarının kompleks şəkildə həlli, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən protez-ortopedik məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan 67 məhdud fiziki imkanlıya, o cümlədən 17 ahıla və sağlamlıq imkanları məhdud 7 uşağa növbəti səyyar xidmət göstərilib.
Məhdud fiziki imkanlı şəxslərin evlərinə gedilərək onların ehtiyacları ilə maraqlanılıb, 5 nəfərdən protez və ortez sifarişləri qəbul olunub, 6 nəfərin protezləri təmir edilib, 6nəfərə protez-ortopediya məmulatları verilib, eyni zamanda 50 nəfər texniki-bərpa vasitələri ilə, o cümlədən 2 nəfər əlil arabası, 10 nəfər eşitmə aparatı, 38 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.
Səyyar xidmət il ərzində davam etdiriləcək.