MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bayram münasibətilə uşaqları təbrik ediblər.

Qeyd edilib ki, muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların sosial müdafiəsi, təhsil alması, intellektual səviyyələrinin yüksəldilməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları maraqlı mahnı və rəqs nömrələri ifa ediblər. Sonda sağlamlıq imkanları məhdud 11 uşağa bayram hədiyyələri verilib.