MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

2013-cü ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Həmin vəzifələrdən biri də hərbi hissələr üçün yun corabların toxunmasının təşkili olmuşdur. Tapşırığın icrasına müvafiq olaraq, 2013-cü ilin sonuna kimi ahıl və fiziki imkanları məhdud vətəndaşlar tərəfindən toxunan 5000 cüt yun corab və 363 ədəd şərf hərbi hissələrə təhvil verilmişdir.
Bu istiqamətdə növbəti tədbir keçirilmiş, fiziki imkanları məhdud vətəndaşlar tərəfindən əsgərlərimiz üçün toxunan 140 ədəd yun şərf “N” hərbi hissəyə təqdim olunmuşdur.
Məlumat üçün qeyd edək ki, sağlamlıq imkanları məhdud 16 şəxslə bağlanmış müqavilə əsasında, ümumilikdə, 500 ədəd şərf toxunaraq əsgərlərimizə təhvil verilmişdir.