MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ahıllar evində tədbir keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxış edərək ahıllara göstərilən dövlət qayğısından danışmış, Ahıllar evinin sakinlərini bayramlar münasibətilə təbrik etmişlər.   

Çıxışlarda vurğulanmışdır ki, muxtar respublikamızda bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi ahılların da sosial müdafiəsinin günbəgün güclənməsinə səbəb olmuşdur. Göstərilən sosial xidmətlərin səviyyəsi yüksəldilmiş, ahıl vətəndaşların cəmiyyətə inteqrasiya olunmaları istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter almışdır. Ahıllar evində sakinlərin rahat və fəal həyat tərzində yaşamaları üçün hər cür şərait yaradılmışdır. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidməti göstərilir.

Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış etmiş, ahıllara bayram hədiyyələri təqdim olunmuşdur.