MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Onlardan biri də nazirlik tərəfindən hərbi hissələr üçün yun corabların toxunmasının təşkilinin davam etdirilməsi olub. Nəzərdə tutulub ki, cari ilin sonuna kimi 5000 cüt yun corab hərbi hissələrə təhvil verilsin. Bu günə kimi 3279 cüt yun corab toxunaraq 705 saylı hərbi hissənin əsgərlərinə verilib.

Hərbi hissələrə yun corabların verilməsi ilə əlaqədar növbəti tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış  edərək bildirib ki, bu gün 721 cüt corab 705 saylı hərbi hissəyə, 1000 cüt corab isə “Naxçıvan” Sərhəd Diviziyasına təhvil verilir.

Qeyd edək ki, corablar ahıl və fiziki imkanları məhdud vətəndaşlarımız tərəfindən toxunub. Bu tədbir həmin təbəqədən olan insanların məşğulluğunu təmin etməklə onların maddi vəziyyətini də yaxşılaşdırıb.