MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdikləri yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.

Birincilikdə iki çəkidə 20 idmançı iştirak edib. Yarışda 70+ çəki dərəcəsində Babək rayon paralimpiyaçısı Telman Şirinov birinciliyin qalibi olub. Culfa və Kəngərli rayonlarının idmançıları Firudin Həsənov ilə Əzabi Rüstəmov isə ikinci və üçüncü yerləri tutublar. 70– çəkidə isə Babək rayon idmançıları Ramin Fərhadov birinci, Tural Qasımov ikinci və Culfa rayon komandasının üzvü Sərvər Əliyev üçüncü yerlərə layiq görülüblər.

Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri, digər idmançılara həvəsləndirici mükafatlar verilib.