MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Zehni inkişafında və nitqində qüsurlar olan uşaqların sosial reabilitasiyalarının həlli məqsədilə bu il noyabr ayının 4-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə yaradılmışdır. Mərkəzdə defektologiyanın loqopediya sahəsi üzrə (düzgün nitq tərbiyəsi) iş təcrübəsi olan mütəxəssislərin və zehni inkişafında, həmçinin nitqində qüsurlar olan uşaqların iştirakı ilə Sumqayıt şəhərindəki evdə təhsil məktəbinin defektoloq-loqopedi Tərlan Tərlanov tərəfindən bir həftə davam edən təlim-məşğələ keçilmişdir.

Qeyd edilən tədbirlərin davamı olaraq, mərkəzdə distant məşğələlərin keçilməsinə başlanılmışdır. Təlim-məşğələnin təşkilində əsas məqsəd müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində mütəxəssislərin iş təcrübəsini daha da artırmaqdır. Məşğələdə zehni inkişafında və nitqində qüsurlar olan uşaqların da iştirakı təmin olunmuşdur.

Qeyd edək ki, distant məşğələlərin hər həftənin üçüncü və dördüncü günlərində keçilməsi nəzərdə tutulmuşdur.