İşaxtaranlarla işəgötürənlər arasında birbaşa ünsiyyətin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi baxımından əmək yarmarkaları öz aktuallığını qorumaqdadır. Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Naxçıvan şəhəri və rayonlarda 4 dəfə əmək yarmarkası keçirilmişdir. Bu yarmarkalara ümumilikdə, 437 müəssisə və təşkilat tərəfindən 2824 boş iş yeri çıxarılmış, 904 nəfər peşə və ixtisasına uyğun iş yeri tapmış, 7 nəfər peşə hazırlığına göndərilmiş, 95 nəfər isə ictimai işlərə cəlb edilmişdir. Avqust ayının 3-də səhiyyə sahəsi üzrə keçirilən əmək yarmarkasında 16 nəfər, o cümlədən 4 həkim, 12 orta tibb işçisi işlə təmin olunmuş, sentyabr ayının 5-də keçirilən təhsil yarmarkasında isə 111 pedoqoji kadra muxtar respublikanın məktəblərində işləmək üçün göndərişlər verilmişdir.
Qeyd edək ki, məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqı ödənilən ictimai işlərə, mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini də təmin etmişdir.