MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Avqustun 24-ə Naxçıvan Muxtar Respublikası Ali Məclisində  2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında hərbi hissələr üçün yun corabların toxunmasının  davam etdirilməsi vəzifəsi qoyulub. Verilmiş  tapşırığın icrasına müvafiq olaraq nazirlik tərəfindən cari ilin sonuna kimi 5000 cüt yun corabın toxunaraq hərbi hissələrə təhvil verilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabr ayı ərzində toxunan 1567 cüt yun corab  „N“ saylı hərbi hissəyə təhvil verilib. 1 noyabr tarixində oktyabr ayı ərzində toxunan 1712 cüt yun corabın „N“ saylı hərbi hissəyə təhvil verilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək qeyd edib ki, bu günə kimi 3279 cüt yun corab hərbi hissələrə təhvil verilib. Bu yun corabları  ahıl və fiziki imkanları məhdud vətəndaşlarımız toxuyublar. Məqsəd bu kateqoriyadan olan şəxslərin fərdi məşğulluğunu təmin etmək və onların maddi vəziyyətini yaxşılaşdırmaqdır. Cari ilin sonunadək daha 1721 cüt yun corab toxunaraq hərbi hissələrə təhvil veriləcək.

Naxçıvan Qarnizonunun zabiti komandanlıq adından bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda yun corablar əsgərlərə təhvil verilib.