Muxtar respublikamızda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial reabilitasiyasının təmin edilməsi, onların cımiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək mütəmadi olaraq bu kateqoriyadan olan uşaqların biliklərinin artmasına, intellektual inkişafına, dünya görüşünün yüksəlməsinə zəmin yaradan tədbirlər həyata keçirilir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu istiqamətdə növbəti tədbir təşkil edilib. Belə ki, 25 oktyabr tarixində mərkəzdə 10 daun sindromlu uşağın iştirakı ilə kinekt oyunları üzrə yarış təşkil olunub. Yarışda iki qrupa bölünən sağlamlıq imkanları məhdud uşaqlar qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Qrupda ilk yeri tutanlara mükafat, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.