MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikamızda əhalinin bütün təbəqələri, o cümlədən uzunömürlü insanlar dövlətimizin böyük qayğısı əhatəsindədirlər. Bunun bariz nümunələrini muxtar respublikamızda yaşayan uzunömürlü şəxslərin sosial problemlərinin öyrənilməsi və həllində, yaşayış səviyyələrinin yüksəldilməsində, onların yubiley yaşlarının, uzunömürlü ailələrimizin „gümüş“, „qızıl“ və „brilyant“ toylarının qeyd olunmasında görürük.

1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə 2013-cü ilin 27 sentyabr tarixində muxtar respublikanın ən uzunömürlü, 115 yaşlı Şərur rayon sakini Hümbətova Qönçə Hüseynqulu qızı ilə görüşün keçirilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin daha bir ifadəsidir. Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıblar. Üç əsirdə yaşayan  Qönçə Hümbətovun  bir oğlu,  4 nəvəsi, 8  nəticəsi, 3 kötücəsi var.

Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib. Tədbir iştirakçıları çıxış edərək qeyd ediblər ki, muxtar respublikamızda uzun ömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqları qayğısına qalınır, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq onlara evlərində baş çəkilir, yaşayışı ilə maraqlanır, zəruri sosial problemləri yerindəcə həll olunur. Uzunömürlü insanların, o cümlədən Qönçə Hümbətovanın keçdiyi həyat yolu gənclərimiz üçün bir məktəbdir.

Uzunömürlülərə göstərilən diqqət və qayğını insan amilinə verilən böyük dəyər kimi qiymətləndirən Qönçə Hümbətova, bu yüksək hörmət və ehtirama görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məçlisinin Sədrinə minnətdarlığını bildirib.

Sonda muxtar respublikanın ən yaşlı sakininə qiymətli hədiyyə təqdim olunub.