MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

26 sentyabr 2013-cü il tarixində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində  sağlamlıq  imkanları məhdud 18  yaşadək uşaqlar  arasında  növbəti kompyuter oyunlarından ibarət yarış keçirilmişdir.

Üç mərhələdən ibarət yarışda 21 nəfər iştirak etmişdir.Yarışın iki mərhələsi kompyuter oyunu üzrə, bir mərhələsi isə kinekt  oyunu üzrə təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yarışda ilk üç yeri tutan qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilmişdir.