Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq muxtar respublikamızda hərbi hissələrdə xidməti borcunu yerinə yetirən əsgər və zabitlərlə görüşür, onlar qarşısında konsert proqramı ilə çıxış edir.
Bu ənənənin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dünən “İnam” musiqi qrupu Kəngərli rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərlərinə musiqi sovqatı aparıb. Belə tədbir üçün hərbi hissə komandirliyi təşkilatçıya və kollektiv üzvlərinə şəxsi heyət adından minnətdarlığını bildirib.