Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, eyni zamanda Bakı şəhərində yerləşən Müasir Psixologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə Müasir Psixologiya Mərkəzinin mütəxəssisləri tərəfindən avqustun 1-dən başlanan ixtisasartırma kursuna müəllim-defektoloq və psixoloqlar qoşulub.
Kursda iştirakçılara bir sıra mövzular və oxu-yazı bacarıqları üzrə seminarlar təşkil olunub. Onlayn formatda təşkil olunan ixtisasartırma kursunda müəllimləri maraqlandıran suallara da aydınlıq gətirilib.
Qeyd edək ki, bu tədbirlər Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasının davam etdirilməsi ilə bağlı verilən tapşırıq əsasında həyata keçirilir.