MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə, yanvar ayının 31-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kinozalında “Nəsimi” filminin eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün surdotərcümə vasitəsilə nümayişi təşkil olunub.

Qeyd edək ki, surdotərcümənin təşkil edilməsində əsas məqsəd proqramın mətninin jest dili əsasında eşitmə və danışma qabiliyyəti məhdud tamaşaçılara çatdırılmasından ibarətdir.