MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq, 1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibəti ilə sentyabrın 24-də sözügedən nazirliyə tabeli qurumlar olan əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən 35 tənha ahılın “Əshabi-Kəhf ” ziyarətgahı Dini Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Əshabi-Kəhfi ziyarət edən tənha ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi təşkil edilib. Ziyarətgahdan xoş ovqatla ayrılan ahıllar  onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildiriblər.