MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti tədbir may ayının 18-də Naxçıvan Atçılıq və İstirahət Mərkəzində baş tutub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Atçılıq və İstirahət Mərkəzinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqları atçılıq və istirahət mərkəzində saxlanılan heyvanlara tamaşa edib, əyləncəli atraksionlardan istifadə ediblər. Sosial və nəqliyyat könüllülərinin iştirak etdiyi tədbirdə uşaqlar üçün konsert proqramı və çay süfrəsi təşkil olunub. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsədlərdən biri də, uşaq nevroloji xəstəliklərinin fizioterapevtik müalicə üsullarından biri olan hippoterapiyanın (atminmə ilə müalicə) tətbiqidir. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər davam etdiriləcəkdir.