MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam etdirilir. Müvafiq kateqoriyadan olan uşaqların istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, may ayının 1-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın Rəssamlar Birliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib.

Dərsin keçilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlara rəssamlıq sənətini sevdirmək, onların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdan ibarətdir.