MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” nın icrasına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bir sıra tədbirlər həyata keçirilib. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Mərkəzin kitabxanasında “Naxçıvan Muxtar Respublikası 95” adlı bölmə istifadəyə verilib. Həmçinin, Mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün Könül işığı jurnalının “Naxçıvan Muxtar Respublikası 95” adlı xüsusi buraxılışı brayl əlifbası ilə çap edilərək kitabxananın kataloquna əlavə edilib. Qeyd edək ki, sözügedən nəşr Mərkəzin audiostudiyasında da səsləndirilib.