MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə noyabrın 12-də bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətdə növbəti tədbir təşkil olunub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə şeir müsabiqəsi keçirilib.     

Müsabiqədə iştirak edən görmə məhdudiyyəti olan 9 uşaq vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.   

Sonda münsiflər heyətinin rəyinə əsasən ilk üç yerə layiq görülən ən yaxşı şeir ifaçılarına mükafatlar, digər iştirakçılaa isə həvəsləndirici hədiyyələr təqdim edilib.