Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə tədbirlər davam etdirilir. Dövlət proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlb edilməsi və onların reabilitasiyasınanail olmaqüçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant dərslər tədris edilir, müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlər təşkil edilir və bu kateqoriyadan olan uşaqlara müxtəlif reabilitasiya xidmətləri göstərilir. Bu tədbirlərin davamı olaraq sentyabrın 8-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində "Sağlamlıq imkanları məhdud uşaqların sosial bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda tərbiyəçilərin və uşaqların iştirakı ilə maarifləndirici praktiki məşğələ keçirilib. Müəllim-defektoloqlar uşaqlarla fərdi qaydada reabilitasiya yönümlü məşğələ aparıb və təlim-tərbiyə işinə məsul mütəxəssislərə və valideynlərə uşaqların təlim-tərbiyəsinin təşkili və onlarla ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət və tövsiyyələr veriblər.
Qeyd edək ki, bu kimi tədbirlər keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.