MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, avqustun 28-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Əcəmi seyrangahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan - Tarixi Abidələr Diyarı” adlı rəsm müsabiqəsi keçirilib.   

Müsabiqədə 10 sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Sonda qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdır.