Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların yay tətilinin səmərəli və əyləncəli təşkili məqsədilə, iyulun 21-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə “Sehirli xalat” filminin nümayişi təşkil olunub. Tədbirdə 10 nəfər fiziki məhdudiyyətli uşaq iştirak edib.