MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə, mövcud infrastruktur yenilənir və müasir avadanlıqlarla təchiz edilir.

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsində 20 uşağın istirahəti və əyləncəsi təşkil olunub, onlar üçün Naxçıvan Uşaq Bərpa mərkəzində çay süfrəsi təşkil olunub.

Tədbirdə valideynlər də iştirak edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.