MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Novruz bayramı münasibətilə martın 15-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bayram tədbiri keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri uşaqları bayram münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının bayram personajları ilə çıxışlarından sonra, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin məşğələlərinə cəlb edilən sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanmış maraqlı mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə sağlamlıq imkanları məhdud 30 uşağa bayram sovqatı təqdim edilib.

Valideynlər göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.